“Rabitə” “Azərreyl”ə yerini göstərdi - YENILƏNİB
08.04.2012 - 16:53
Bu gün voleybol üzrə Azərbaycan Super Liqasında final mərhələsinin birinci dövrəsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, sonuncu tur “Azərreyl” və “Rabitə”nin dueli ilə əlamətdar olub. Bu matçdan asılı olmayaraq dövrənin qalibi olan dünya çempionları ilk setdə uduzsa da, “Azərreyl”in gücü elə bu setə çatıb. Sonrakı 3 setdə qələbə qazanmaqla hesabına 3 xal yazan “rabitə” qısa fasiləyə böyük xal fərqi ilə yollanıb. “Azərreyl” isə ilk dövrəni 3-cü pillədə bitirib.
Bunda “İqtisadçı”nın “Bakı” üzərində quru qələbə qazanmasının da rolu olub. Belə ki, ilk qələbəsini qazanan autsayder son pilləni paytaxtın eyniadlı təmsilçisinə təhvil verib. Əks halda “Bakı” hətta 2-ci pilləyə yüksələcəkdi. Bu isə “Azərreyl”i daha aşağı pilləyə yuvarlaya bilərdi.
8 aprel
Final mərhələsi, V tur
13:30. “İQTİSADÇI” - “BAKI” - 3:0 (25:18, 25:23, 25:23)
16:00. “RABİTƏ” - “AZƏRREYL” - 3:1 (18:25, 25:18, 25:20, 25:17)

Rabitə | 4 | 4 | 0 | 12-1 | 318-230 | 12 |
---|---|---|---|---|---|---|
Lokomotiv | 4 | 2 | 2 | 6-7 | 272-309 | 6 |
Azərreyl | 4 | 2 | 2 | 7-8 | 337-333 | 5 |
İqtisadçı | 4 | 1 | 3 | 6-9 | 309-347 | 4 |
Bakı | 4 | 1 | 3 | 3-9 | 257-278 | 3 |
0
0