Bakı klubu qrupda qaldı
09.04.2012 - 09:29
Bakı klubu qrupda qaldı
Qadın otüstü hokkeyçilər arasında İspaniyanın San-Sebastyan şəhərində keçirilən Avropa Kuboku uğrunda turnirin ilkin mərhələsində qrup oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Bakının “Atasport” klubu bu dəfə uğursuzluqla üzləşib.

Belə ki, A qrupunda mübarizə aparan təmsilçimiz ilk matçında “Hertogenboş”a (Hollandiya) 0:5, ardından “Futbol SAD”a (İspaniya) 0:2 hesabı ilə uduzaraq, sonuncu olub. Azərbaycan çempionu bununla da növbəti mərhələyə çıxmaq şansını itirib.

Buna baxmayaraq, “Atasport” bu gün 5-ci yer uğrunda görüşə çıxacaq. Komandamızın rəqibi digər qrupun sonuncusu – İngiltərə “Leyçester”i olacaq.

Qeyd edək ki, qrupda ilk 2 yeri tutan 4 klub mərhələ adlayıb.