Millimiz Avropa çempionatına Avstriya ilə oyunla başlayacaq - TƏQVİM
09.04.2012 - 12:27
Millimiz Avropa çempionatına Avstriya ilə oyunla başlayacaq - TƏQVİM
Voleybol üzrə gənc qızlar arasında Avropa çempionatında Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, D qrupunda yer alan yığmamız qitənin ən mötəbər turnirinə aprelin 11-də Avstriya ilə oyunla başlayacaqlar.

Feliks Məmmədovun rəhbərlik etdiyi komanda sonuncu matçını Hollandiya voleybolçularına qarşı keçirəcək.

Reqlamentə əsasən, yığmamız yarışa II təsnifat mərhələsindən başlayacaq. Burada ilk yerin sahibləri birbaşa final mərhələsinə yüksələcək. Qrupda 2-3-cü yerləri tutacaq komandalar isə III təsnifat mərhələsinə yüksələcək.

11 aprel
23:00. Azərbaycan – Avstriya

12 aprel
20:30. Slovakiya – Azərbaycan

13 aprel
18:00. Azərbaycan – İsveçrə

14 aprel
18:00. Azərbaycan – Bolqarıstan

15 aprel
18:00. Hollandiya – Azərbaycan

Qeyd edək ki, millimizin yer aldığı qrupun matçları Slovakiyada baş tutacaq.