“Azərreyl”in arzusu gözündə qalacaq? - FOTO
09.04.2012 - 13:26
“Mən də Alessandro Çiappininin “Azərreyl”lə müqavilə imzaladığını eşitmişəm. Lakin bu, mümkünsüzdür”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Atom” voleybol klubunun direktoru Qriqori Zyeba deyib.
O, komandasının baş məşqçisi Alessandro Çiappininin “Azərreyl”lə müqavilə imzalamasına münasibət bildirib. Klub rəsmisi deyib ki, hələ italiyalı mütəxəssisin Azərbaycan komandası ilə müqavilə bağlaması mümkün deyil: “Çünki o, maya qədər “Atom”a bağlıdır. İtaliyalı mütəxəssis yalnız gələcək müqavilə ilə bağlı ilkin razılıq əldə edə bilər. O, hələ də rəsmən “Atom”un baş məşqçisidir və maya qədər bu vəzifədə qalacaq”.
Qeyd edək ki, Çiappini ilə “Azərreyl” arasında razılıq əldə olub və o, 2012/2013 mövsümündə Bakı klubunda işləyəcək.

0
0