“Onları saxlamaq üçün Azərbaycan klubları ilə mübarizə aparırıq”
09.04.2012 - 14:19
“Artıq yerli voleybolçularımızla müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamışıq. Lakin beynəlxalq voleybolda idmançıların gələcəyi ilə bağlı nəsə demək çətindir”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Polşanın “Atom” voleybol klubunun direktoru Qriqori Zyeba məxsusdur.
Sopot təmsilçisinin rəsmisi bildirib ki, bu il ölkə çempionu olan və Çempionlar Liqasında 1/8 finala qədər yüksələn heyəti qorumaq heç də asan başa gəlməyəcək. Zyebanın sözlərinə görə, “Atom”un voleybolçularına elçi düşənlər arasında Azərbaycan klubları da var: “Onların hansı komandaya üstünlük verəcəkləri hələ bilinmir. Biz indiki heyətin üzvlərinin hamısının komandada qalmasında maraqlıyıq. Lakin bu voleybolçuları saxlamaq uğrunda Rusiya, Türkiyə və Azərbaycan klubları ilə mübarizə aparırıq. Çünki onlarda həmin oyunçuları öz heyətlərində görmək istəyirlər”.
Qeyd edək ki, “Azərreyl” artıq “Atom”un baş məşqçisi Alessandro Çiappini ilə növbəti mövsüm üçün razılığa gəlib.

0
0