Braziliyalı futbolçunun milli komandamızda qardaşı kimdir?
09.04.2012 - 23:07
“Cavab matçında normal oynadıq. Azərbaycan yığması da güclü komandadır”. Bu fikirləri apasport.az saytının Tümenə ezam olunmuş əməkdaşına açıqlamasında Rusiya yığmasının hücumçusu Pula deyib. Milliləşdirilən braziliyalı oyunçu Azərbaycan yığması ilə dünya çempionatının pley-off mərhələsində Bakıda oyuna zədə üzündən iştirak edə bilmədi. Cavab matçına qədər sağalaraq, hazırlığa qatılan legioner hələ tam formada olmadığından, meydanda az oldu: “Mənim zədəm vardı. Bu üzdən Bakıya gələ bilmədim. Zədədən oynamaq çətin olur. Əvvəlki formanı yığmaq üçün vaxt lazımdır. Həmişə oynayıb, qalib gəlmək istəyirsən”.
Pula Tümendəki 2:2 hesablı bərabərliklə nəticələnən matçda hər 2 komandanın yaxşı oynadığını bildirib: “Azərbaycan yığmasının da qol vurmaq şansı çox idi. Ancaq top tora daxil olmurdu. Rəqibimiz də qalib gəlməyə çalışırdı, buna istəyi böyük idi. Biz öz şansımızdan daha yaxşı istifadə edərək, dünya çempionatının final mərhələsinə çıxdıq. İndi gələcəyə baxmaq lazımdır. Dünya çempionatının final mərhələsinə yaxşı hazırlaşmalıyıq”.
Braziliyalı oyundan sonra həmyerlisi, yığmamızın milliləşdirilən braziliyalı hücumçusu Serjao ilə qucaqlaşaraq görüşdü. Bu mənada Pulanın yığmamızda məhz onu fərqləndirməyi bizləri təəccübləndirmədi: “Azərbaycan yığmasında Serjaonun oyununu qeyd edərdim. O, mənim qardaşımdır”.
Qeyd edək ki, son Avropa çempionatının gümüş medalçısı olan Pula həmin turnirin, Rusiya yığmasının bombardirlərindəndir.
Mehman SÜLEYMANOV

0
0