Yığmamız 2 illik sindromu qırır
10.04.2012 - 11:08
Yığmamız 2 illik sindromu qırır
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin 2 illik həsrəti başa çatır. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə 2010-cu ildə Böyük Britaniya ilə qarşılaşan yığmamız beynəlxalq turnirdə iştirak edəcək.

Belə ki, komandamız Ukraynada təşkil olunacaq beynəlxalq turnirə qatılacaq. Burada millimizin rəqibləri 4 yerli və 1 Belarus komandası olacaq.

Yarış aprelin 12-18-də keçiriləcək.

Qeyd edək ki, legionerlərimiz yığmanın heyətinə qoşulmayacaqlar.