Milli komandamızın üzvü Avropanın 5 ən yaxşısı arasında!
10.04.2012 - 13:32
Avropa Basketbol Federasiyası qitənin ən yaxşı 5 oyunçusunun adı açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yeni milliləşən basketbolçusu da bu siyahıda yer alıb.
Belə ki, hazırda “Valensiya”nın şərəfini qoruyan Nik Kaner-Mendli Avropanın ən yaxşı 5 oyunçusundan biri seçilib.
Qeyd edək ki, təmsilçimizin komandası Avroliqada “Dördlər finalı”nda çıxış edəcək. Azərbaycan Basketbol Federasiyasının baş meneceri Ləvənt Türknas və yığmamızın baş məşqçisi Elxan Əliyev də aprelin 14-15-də Rusiyanın Ximki şəhərində baş tutacaq həlledici mərhələni izləyəcək. Onlar orada, həmçinin Kaner-Mendli ilə yayda start götürəcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində fikir mübadiləsi aparacaqlar.

0
0