“Bilirsiz, bu heyəti mən yığmamışam”
10.04.2012 - 14:00
“İqtisadçı” voleybol klubunun baş məşqçisi Bülənt Karslıoğlunun apasport.az saytına müsahibəsi
- Sabah çempionatın həlledici mərhələsinin II dövrəsi start götürəcək. Komandanız son oyunlara hazırdır?
- Məqsədimiz kollektiv oyun nümayiş etdirməkdir və bu istiqamətdə çalışırıq. Bu gün son hazırlıqlarımızdan birini keçəcəyik. Əsas məqsədim oyunda hiss olunan çatışmazlıqları aradan qaldırmaqdır. Buna nail ola bilsək, daha güclü olacağıq.
- Komandanız final mərhələsinin I dövrəsində stabil oyun nümayiş etdirə bilmədi. Bu, nə ilə bağlıdır?
- Bilirsiz, bu heyəti mən yığmamışam. Amma əsas məsələ təqvimin bizim üçün yaxşı olmamasıdır. Çünki startdaca çətin – “Azərreyl” və “Rabitə” kimi güclü klublarla oynayırıq. Təbii ki, bu görüşlərə böyük güc sərf edirik. I dövrədə də gördünüz ki, “Azərreyl”ə qarşı çox yaxşı oynadıq və onlardan xal aldıq. Heyətimizdə zədəlilər də var. Bu haradasa çıxışımıza öz təsirini göstərir. Bütün bu məsələlər stabil oynamamağımızın əsas səbəblərindəndir. Amma yaxşı oyun nümayiş etdirdiyimizi deyə bilərəm.
- Yəqin ki, “İqtisadçı”nın son 2 ildə Super Liqada bürünc medal qazanmasından məlumatlısınız. Necə fikirləşirsiz, bu il ən azından həmin uğuru təkrarlaya biləcəksiniz?
- Siz necə fikirləşirsiniz, ötən il Super Liqa belə güclü idi? Təbii ki, yox. Çünki ildən-ilə Azərbaycan çempionatının səviyyəsi qalxır və oyunlar çətinləşir. Məsələn, biz təsnifat mərhələsini 5-ci yerdə bitirdik. Amma indi bir pillə irəlidəyik. İnşallah, növbəti görüşlərdə da daha yaxşı oynayıb, mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq. Fikrimcə, bunlar alınacaq.
- İtaliyadan gələn yeni libero Stefanya Sansonnanın oyunu barədə nə deyə bilərsiz? O, komandanı tərk edən yaponiyalı Yuko Sanonu layiqincə əvəzləyə bilmir...
- Belə deməzdim. Bunlar hamısı yekunda bilinəcək. Çünki Sansonna final mərhələsindən bir neçə gün öncə bizə qoşuldu. Adaptasiyaya ehtiyacı var. Onun yaxşı oynadığı qənaətindəyəm və zaman ötdükcə daha yaxşı oynayacaq.
- “İqtisadçı” mükafatsız qalarsa, gələcək karyeranız necə olacaq? Ümumiyyətlə, bu barədə klub rəhbərliyi ilə söhbətiniz olubmu?
- Buna da finaldan sonra aydınlıq gələcək. Hələlik bu məsələ ilə bağlı hansısa görüşümüz olmayıb. Lakin məndən razı olarlarsa, növbəti mövsümdə də işimi davam etdirəcəyəm, əksinə olsa, gedəcəyəm. Gəlin, hələ tələsməyək. Çünki komandamızın tutacağı yerdən sonra yəqin ki, gələn həftə bu məsələyə aydınlıq gələcək.

0
0