“Rabitə” və “Azərreyl” “abunəçi”si ilə oynayacaq
10.04.2012 - 16:32
Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yaranan qısa fasilə başa çatacaq. Apasport.az saytının məlumatına görə, 2 günlük istirahətdən sonra final mərhələsinin ikinci dövrəsinin oyunlarına start veriləcək və aprelin 15-də ölkə çempionun adına aydınlıq gələcək.
Sabah “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq VI turun ilk qarşılaşmasında “Lokomotiv” “Rabitə” ilə münasibətinə aydınlıq gətirəcək. Zoran Qayiçin rəhbərliyi altında Super Liqada hələ uduzmayan dünya çempionlarının bu dəfə də xal itirəcəklərini inandırıcı deyil. Onların yenə “dəmiryolçular”a “quru hesabla” qalib gələcəkləri gözlənilir.
Lakin artıq ikinci yerə yüksələn “Lokomotiv”in də müqavimət göstərməsi mümkündür. Çünki “Çelenc Cup”ın qalibi Super Liqada da mükafat qazanmaq arzusundadır və onlar oyunu tay-brekə daşımağı planlaşdırırlar.
Günün digər oyununda isə “Bakı” “Azərreyl”lə qarşılaşacaq. Burada da Vüqar Əliyevin yetirmələri favorit hesab olunurlar. Final mərhələsinin ilk dövrəsində cəmi 5 xal toplayan və hazırda turnir cədvəlində 3-cü olan “dəmiryolçular”ın Çempionlar Liqasına yollanmaq üçün artıq xal da itirmək limitləri qalmayıb.
Amma V turda gözlənilmədən “İqtisadçı”ya 0:3 hesabı ilə uduzan “Bakı”nın da xal qazanması mümkündür. Çünki mövsümdə rəqibinə 3 dəfə məğlub olan paytaxtın eyni adlı təmsilçisinin qisas alması üçün son şansıdır.
11 aprel
Final mərhələsi, VI tur
16:00. “LOKOMOTİV” - “RABİTƏ”
İlk dövrə: “RABİTƏ” – “LOKOMOTİV” – 3:1 (29:31, 25:11, 25:20, 25:13)
İkinci dövrə: “LOKOMOTİV” – “RABİTƏ” – 0:3 (19:25, 20:25, 16:25)
Final mərhələsi: “RABİTƏ” – “LOKOMOTİV” - 3:0 (25:10, 25:18, 25:16)
18:30. “BAKI” – “AZƏRREYL”
İlk dövrə: “AZƏRREYL” – “BAKI” - 3:1 (15:25, 25:17, 25:23, 25:16)
İkinci dövrə: “BAKI” – “AZƏRREYL” - 1:3 (25:21, 22:25, 20:25, 14:25)
Final mərhələsi: “AZƏRREYL” – “BAKI” - 3:0 (25:23, 25:16, 25:19)
Qeyd edək ki, ilk turda olduğu kimi VI oyun günündə də “İqtisadçı” istirahət edəcək.

Rabitə | 4 | 4 | 0 | 12-1 | 318-230 | 12 |
---|---|---|---|---|---|---|
Lokomotiv | 4 | 2 | 2 | 6-7 | 272-309 | 6 |
Azərreyl | 4 | 2 | 2 | 7-8 | 337-333 | 5 |
İqtisadçı | 4 | 1 | 3 | 6-9 | 309-347 | 4 |
Bakı | 4 | 1 | 3 | 3-9 | 257-278 | 3 |

0
0