“Yerli azarkeşlərin qəlbini daha çox fəth etdim”
11.04.2012 - 23:02
Bakının “Lokomotiv” klubunun voleybolçusu İvana Miloş Xorvatiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, milli komandasının da üzvü olan hücumçu “Çelenc Cup” turnirinin qalibi olmalarından və Azərbaycandakı karyerasından danışıb.
- Avrokubokdakı qələbənizi necə şərh edərdiniz?
- Mən hələ də nə baş verdiyini tam dərk etmirəm. Çünki 1-1,5 aydır başımız toplanışlara, hazırlıqlara qarışıb. Demək olar vaxtımız yoxdur. Hətta “Çelenc Cup”ı qazanmağımızı qeyd etməyə vaxt tapa bilməmişik. Lakin bu tədbir çempionat bitdikdən sonraya planlaşdırılıb. Kuboku qazanmağımızı 2 gün bayram edəcəyik.
- Amma final komandanız üçün heç də asan alınmadı...
- Biz “Çelenc Cup”da nəsə etmək istəyirdik. Çoxları deyirdi ki, finala çıxmağımız böyük uğurdur. Həlledici matçda isə “Bakı”nı daha güclü sayırdılar. Onlar həqiqətən çox yaxşı oynayırlar, bu komandaya qalib gəlmək çətindir. Bunda da təəccüblü heç nə yoxdur. Çünki “Bakı”nın oyunçuları da, məşqçisi də bütün kritik vəziyyətlərdə soyuqqanlılığını itirmirlər. Lakin final oyununu tribunadan izləyənlərin dediyinə görə, finalın gərginliyi onların da əsəblərini yerindən oynatmışdı. Həmin tamaşaçı məhz bizim əsəblərimizin daha möhkəm olduğu üçün qalib gəldiyimizi də dedi.
- 2 ildir Azərbaycanda çıxış edirsiz. Ötən il “İqtisadçı” ilə bürünc mükafatçısı oldunuz. Vətəndə 6 çempionluq, 5 kubok qazanmısız. Bu isə beynəlxalq arenada ilk uğurunuz idi...
- Emosiyalar maksimal dərəcədə gərilmişdi, başa düşdüyüm qədər biz Avropanın 3 nüfuzlu turnirindən birinin çempionu olmaqla, böyük bir uğur qazanmışıq. Təbii ki, bu titulu “Rieka”da qazandığımla müqayisə etmək çətindir. Biz yarışın favoriti deyildik, lakin sözdə deyil, meydanda qalib gəldik və istədiyimiz titula imza atdıq.
- Qarşıda sizi Super Liqanın final mərhələsinin II dövrəsi gözləyir. Bu matçlar barədə nə düşünürsüz?
- Çox şey təqvimdən asılıdır. Biz 11 gündə 8 vacib oyun keçirməli idik ki, bunun da artıq yarısı arxada qalıb. Final mərhələsində elə komandalar toplaşıb ki, onların hər biri digərini məğlub edə bilər. Bu dəhşətli dərəcədə çətin olacaq. Amma bu mövsüm sübut etdik ki, istənilən rəqiblə oynaya bilərik. Məqsədimiz mövsümü ilk “üçlük”də bitirməkdir. Biz indi “Çelenc Cup”ı qazandıq. Qarşıdakı mövsümdə daha güclü yarışda – Çempionlar Liqasında, ən pis halda, CEV kubokunda oynamaq üçün çalışacağıq.
- Bakıda istirahət və əyləncəniz necə keçir?
- Açığı deyim ki, bu il heç buna vaxtımız olmayıb. Daim səfərlərdə olmuşuq. Belçika, Çexiya... Azərbaycana da çempionat oyunundan 2 gün öncə qayıdırdıq. Şəhərə çıxıb İlyana Duqanjiç, Bilyana Qliqoroviç, Marina Katiç, Nataşa Osmokroviçlə birgə gözəlliklərdə zövq alıb, doyunca söhbətləşməyə də vaxt tapırıq. Onlar sabiq Yuqoslaviyanın buradakı təmsilçiləridir. “Rieka”dan da burada oyunçu var. Bu, Marina Bakoviçdir. Mən ötən il “İqtisadçı”da özüm haqda yaxşı fikir formalaşdırdım, artıq ikinci mövsümdə yerli azarkeşlərin qəlbini daha çox fəth etdim. Təbii ki, burada yerli mentalitet fərqlidir. Lakin insanlar çox yaxşı və mehribandırlar. Onların özlərinə xas xüsusiyyətləri var.
- Azərbaycanda mövsüm bitindən sonra Xorvatiya yığmasını Avropa Olimpiya Təsnifat Turniri gözləyir. Buradan nə gözləyirsiz?
- Bu çox sadə bir prosesdir. Bütün komanda bir yerdə çalışıb, yaxşı nəticə əldə etməliyik. Xeyrimizə olan amil odur ki, yığma üzvləri öz komandalarında aparıcı oyunçulardır. Yəni biz istənilən favoritlə başabaş oynaya bilərik.
- Bəs vətənə nə vaxt dönəcəksiz?
- Aprelin 16-sı və ya 17-də. Həmişə vətənə qayıtmağı səbirsizliklə gözləmişəm, çünki evə qayıtmaq çox xoşdur. Mən hətta yaxın Sloveniyadan dönəndə sevinirdim. O ki qaldı uzaq Azərbaycandan.

0
0