“Rabitə”ni də məğlub edən tapıldı - YENİLƏNİB
12.04.2012 - 19:26
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsinin VII turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, çempionatın baş çatmasına 3 tur qalmış ölkənin ən güclüsü adını qazanmağa yaxın olan “Rabitə” bunun üçün ona lazım olan 1 xalı qazana bilməyib.
Belə ki, dünya çempionuna matçda 2 set qazanmaq kifayət etsə də “İqtisadçı” buna imkan verməyib. Liderə mövsümdə ilk məğlubiyyətin acısını yaşadan “iqtisadçılar” qələbə sayəsində 3-cü pilləyə yüksəlib. Son məğlubiyyətini ötən çempionatda da eyni rəqibdən alan “Rabitə” isə 5-ci çempionluğunu qarşıdakı turadək təxirə salıb. Bu nəticə “Azərreyl”i də sonuncu pilləyə yuvarlanması ilə nəticələnib.
Maraqlıdır ki, ümumi hesabda “İqtisadçı” qalib gəlsə də oyun ərzində qazanılan xallarda “Rabitə” üstün olub – 92:90.
Günün ilk matçı isə Çempionlar Liqasına 2-ci vəsiqənin taleyi baxımından böyük önəm kəsb edib. Bu matçda “Azərreyl” “Lokomotiv”i sınağa çəkərək məğlubiyyətlə barışıb. “Çelenc Cup”ın son 2 mövsümünün qaliblərinin dueli cəmi 3 set davam edib.
Final mərhələsində “Lokomotiv”ə uduzmaqla uğursuzluğun “əsasını” qoyan Vüqar Əliyevin yetirmələri bu dəfə də rəqibindən xal ala bilməyib. Bununla da onlar medal qazanmaq şanslarını çətinləşdiriblər.
12 aprel
Final mərhələsi, VII tur
“RABİTƏ” – “İQTİSADÇI” - 1:3 (25:27, 23:25, 25:13, 19:25)
İlk oyun: “İQTİSADÇI” – “RABİTƏ” - 1:3 (12:25, 25:17, 23:25, 18:25)
İkinci dövrə: “RABİTƏ” - “İQTİSADÇI” - 3:0 (25:15, 25:23, 25:23)
Final mərhələsi: “İQTİSADÇI” – “RABİTƏ” - 0:3 (16:25, 19:25, 15:25)
“AZƏRREYL” – “LOKOMOTİV” - 0:3 (19:25, 24:26, 20:25)
İlk dövrə: “LOKOMOTİV” – “AZƏRREYL” - 2:3 (16:25, 25:23, 25:20, 23:25, 11:15)
İkinci dövrə: “AZƏRREYL” – “LOKOMOTİV” - 3:2 (22:25, 25:15, 19:25, 25:18, 15:13)
Final mərhələsi: LOKOMOTİV – AZƏRREYL - 3:0 (25:23, 25:21, 30:28)
Qeyd edək ki, bu turda “Bakı” oynamayıb.

Rabitə | 6 | 5 | 1 | 16-5 | 505-402 | 15 |
---|---|---|---|---|---|---|
Lokomotiv | 6 | 3 | 3 | 10-10 | 430-467 | 9 |
İqtisadçı | 5 | 2 | 3 | 9-10 | 399-439 | 7 |
Bakı | 5 | 2 | 3 | 6-10 | 348-368 | 6 |
Azərreyl | 6 | 2 | 4 | 8-14 | 490-500 | 5 |

0
0