Qlass rəsmən “Modena”da! – FOTO
12.04.2012 - 10:09
Qlass rəsmən “Modena”da! – FOTO
İtaliyanın “Modena” voleybol klubu ilk transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Polşanın “Atom” komandasında oynayan Alişa Qlassı heyətinə qatıb.

ABŞ yığmasının 24 yaşlı toppaylayıcısı “Modena” ilə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Qlass Çempionlar Liqasının 1/8 final mərhələsində “Atom”un heyətində Bakı “Rabitə”sinə qarşı 2 matçda forma geyinib.