Millimiz Slovakiyada xala həsrətdir
13.04.2012 - 08:49
Voleybol üzrə gənc qızlar arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, turnirdə ikinci oyununa çıxan Azərbaycan milli komandası yenə məğlubiyyətlə barışıb.
Belə ki, D qrupunda yer alan Feliks Məmmədovun yetirmələri bu dəfə ev sahibləri – Slovakiya voleybolçuları ilə dueldən məğlub ayrılıb – 0:3.
Qrupumuzun digər oyunlarında İsveçrə Hollandiyanı, Bolqarıstan Avstriyanı məğlub edib. 2 turdan sonra turnir cədvəlinə 6 xalla slovakiyalılar başçılıq edirlər. Yığmamız isə hələ xala həsrətdir.
II tur
İsveçrə - Hollandiya – 3:2 (26:24, 25:15, 25:18, 31:33, 15:12)
Slovakiya – Azərbaycan – 3:0 (25:19, 25:22, 25:21)
Avstriya – Bolqarıstan – 1:3 (18:25, 19:25, 25:20, 21:25)
Qeyd edək ki, Azərbaycan yığması bu gün İsveçrə millisi ilə üz-üzə gələcək.

0
0