450 gün idi...
13.04.2012 - 09:24
“Rabitə”nin Azərbaycan Super Liqasında uğurlu seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, dünya çempionları 450 gündən sonra daxili yarışlarda məğlubiyyət acısı yaşayıb.
Belə ki, sonuncu dəfə 2010/2011 mövsümünün təsnifat mərhələsinin VI turunda “İqtisadçı”ya 0:3 hesabı ilə uduzan komanda yenə eyni rəqibə məğlub olub – 1:3. 2011-ci il yanvarın 18-dən sonra keçirdiyi bütün görüşlərində qələbə qazanan “Rabitə” hesabat turunda aprelin 12-də meydanı qalib kimi tək edə bilməyib. Bu, həmçinin cari mövsümdən komandanın baş məşqçisi olan serbiyalı Zoran Qayiçin Super Liqamızda ilk məğlubiyyəti kimi tarixə düşdü.
Qeyd edək ki, “Rabitə” final mərhələsinin hesabat turunda “İqtisadçı”ya 3:1 deyil, 3:2 hesabı ilə uduzsaydı, çempion olacaqdı. Lakin onlar bunu etməməklə qızıl medal qazanmalarını bir qədər yubadıblar.

0
0