“Bakı” darmadağınla intriqanı ölməyə qoymadı - YENİLƏNİB
13.04.2012 - 19:11
“Bakı” darmadağınla intriqanı ölməyə qoymadı - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsində VIII turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, “Rabitə”nin istirahət etdiyi tura “İqtisadçı” “Azərreyl”i matçı ilə start verilib.

Oyun əvvəlcədən də proqnozlaşdırıldığı kimi gərgin keçib. Son turlarda uğursuz çıxış edən “dəmiryolçular” ən azından sonuncu pillədən yaxa qurtarmaq üçün qələbə qazansalar da, mövqelərini yaxşılaşdıra bilməyiblər.

Onlar “İqtisadçı”nın ciddi müqaviməti üzləşiblər. 1 tur öncə “Rabitə”yə qalib gələn Bülənt Karslıoğlunun yetirmələri bu matça rəqiblərindən fərqli, gözəl əhvalla çıxsalar da, tay-brekdə məğlubiyyətdən qaça bilməyiblər – 2:3. Xal itkisi isə “Azərreyl”dən sonra “İqtisadçı”nın da çempionluq şanslarının üstündən xətt çəkib.

Günün digər qarşılaşmasında növbəti dəfə “Lokomotiv” – “Bakı” dueli baş tutub. “Çelenc Cup”ın finalçılarının hər ikisinin qələbə qazanmaq şansı olsa da, paytaxtın eyni adlı təmsilçisi Super Liqada 4-cü dəfə rəqibini məğlub edib. Onlar, həmçinin avrokubokdakı qisaslarını növbəti dəfə almaqla “Lokomotiv”in çempion olmasını ən azından növbəti mövsümə kimi təxirə salıblar.

Beləliklə, 3 xal qazanan “Bakı” Super Liqada intriqanı ölməyə qoymayıb. Belə ki, onlar xal itirəcəkləri halda “Rabitə” oynamadan çempionluğunu bayram edəcəkdi. Xallarının sayını 9-a çatdıraraq, 2-ci yerə yüksələn Ancelo Vercesinin yetirmələri 1-ci pilləni tutmaq üçün nəzəri cəhətdən şanslarını saxlayıblar. Bunun üçün onlar növbəti 2 oyunda “quru hesabla”, özü də böyük top fərqi ilə qalib gəlməli, “Rabitə” isə 0:3 hesabı ilə uduzmalıdır. Təbii ki, bu da inandırıcı deyil.

12 aprel
Final mərhələsi, VIII tur


“LOKOMOTİV” – “BAKI” - 0:3 (7:25. 20:25, 18:25)
İlk dövrə: “LOKOMOTİV” - “BAKI” - 0:3 (19:25, 21:25, 23:25)
İkinci dövrə: “BAKI” – “LOKOMOTİV” - 3:1 (20:25, 25:20, 27:25, 25:14)
Final mərhələsi: “BAKI” – “LOKOMOTİV” - 3:0 (25:17, 25:12, 26:24)

“İQTİSADÇI” – “AZƏRREYL” - 2:3 (21:25, 25:21, 17:25, 25:23, 13:15)
İlk dövrə: “AZƏRREYL” – “İQTİSADÇI” - 0:3 (23:25, 15:25, 15:25)
İkinci dövrə: “İQTİSADÇI” – “AZƏRREYL” – 0:3 (16:25, 20:25, 24:26)
Final mərhələsi: “AZƏRREYL” – “İQTİSADÇI” - 3:2 (25:21, 20:25, 27:29, 25:13, 15:10)

Rabitə 6 5 1 16-5 505-402 15
Bakı 6 3 3 9-10 423-413 9
Lokomotiv 7 3 4 10-13 475-5429
İqtisadçı 6 2 4 11-13 500-548 8
Azərreyl 7 3 4 11-16 599-601 7