“Rabitə” oynamadan da çempion ola bilər!
13.04.2012 - 10:13
“Rabitə” oynamadan da çempion ola bilər!
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsində VIII turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Rabitə” istirahət etdiyi turda belə, çempion ola bilər.

Bunun üçün günün hər 2 oyununda dünya çempionuna sərf edən nəticələr qeydə alınmalıdır. Turun ilk “İqtisadçı” – “Azərreyl” matçında birincilər istənilən hesabla uduzmalıdırlar. Belə ki, universitet komandası 2 və ya 3 xal itirdiyi halda, lider “Rabitə” onlar üçün əlçatmaz olacaq. Çünki liderin hər 2 matçda uduzacağı halda “İqtisadçı”nın onlara çatması üçün 3 görüşə 8 xal qazanmalıdır. İstənilən məğlubiyyət isə bunu mümkünsüz edir.

Digər - “Lokomotiv” – “Bakı” görüşündə üz-üzə komandaların isə hər 2-si “Rabitə”yə çata bilər. Lakin “İqtisadçı”dan fərqli, onlar ümumiyyətlə xal itirməməli və son çempionların “quru hesabla” məğlubiyyətlərini gözləməlidirlər. Bu günki matçda hər 2 klubun xal itirməsi isə həm “Lokomotiv”, həm “Bakı”nın “Rabitə”yə çatmaq arzularının üstündən xətt çəkəcək. Yəni çempionun bu 2 komandaya əlçatmaz olaması üçün günün ikinci qarşılaşmasında 5 set oynanılmalıdır.

Bir sözlə, turun ikinci oyununda hər hansı klub 3:2 hesabı ilə qalib gələrsə, yəni tay-brekə ehtiyac olarsa və günün ilk oyununda da “Azərreyl” qalib gələrsə, “Rabitə” vaxtından əvvəl birinci yeri özü üçün təmin edəcək.

Rabitə  6 5 1 16-5 505-402 15
Lokomotiv 6 3 3 10-10 430-467  9
İqtisadçı 5 2 3 9-10  399-439 7
Bakı  5 2 3  6-10 348-368  6
Azərreyl 6 2 4  8-14 490-500 5