Bizim pentakampeonlar!!!
14.04.2012 - 12:54
Bizim pentakampeonlar!!!
“Rabitə” voleybol klubu ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olub. Apasport.az saytının məlumatına görə, serbiyalı Zoran Qayiçin baş məşqçilik etdiyi komanda Super Liqanın qalibi olmağını 1 tur qalmış rəsmiləşdirməklə, bizim pentakampeonlar olub. “Rabitə”yə qızıl medalçı olmaq üçün ən yaxın izləyicisi “Bakı” ilə hazırda davam edən oyunda 1 set bəs edirdi ki, bu, ilk setdə qazanılıb.

Bununla da, çempionluq sayında Azərbaycan rekordçusu olan “Rabitə” öz göstəricisi daha da yaxşılaşdırıb. Nəticədə onun prinsipial rəqibi “Azerreyl”lə sabah son turdakı oyunu formal xarakter daşıyacaq. Cari mövsümdən komandanı çalışdıran Qayiç isə ilk dəfə Azərbaycan çempionu olub.

Qeyd edək ki, “Rabitə” ötən il klublararası dünya çempionluğu və Çempionlar Liqasının gümüş medalını qazanıb.