Yığmamız qrupda qaldı
15.04.2012 - 10:29
Voleybol üzrə gənc qızlar arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, turnirdə ilk 2 oyunda Avstriya və Slovakiyaya uduzan Azərbaycan milli komandası növbəti 2 matçında da məğlubiyyətdən qaça bilməyib.
Belə ki, D qrupunda yer alan Feliks Məmmədovun yetirmələri İsveçrə yığmasına 1:3 (14:25, 19:25, 25:20, 21:25), Bolqarıstan voleybolçularına isə 0:3 (20:25, 19:25, 19:25) hesabı ilə uduzublar. Nəticədə 4 turdan sonra xala həsrət qalan təmsilçilərimiz son matçın nəticəsindən asılı olmayaraq, növbəti mərhələyə yüksəlmək şansını itiriblər.
Qeyd edək ki, yığmamız sonuncu oyun günündə Hollandiya komandası ilə qarşılaşacaqlar.
Voleybolçularımızın yer aldığı qrupda Slovakiya, Avstriya və Bolqarıstan milliləri 9 xalla 1-3-cü yerləri bölüşürlər. III təsnifat mərhələsinə yüksəlmək də məhz bu komandaların arasında həll olunacaq. 4-cü yerdə qərarlaşan İsveçrə yığmasının 5, onu izləyən Hollandiya voleybolçularının isə 4 xalları var.

0
0