Tarixində ilk dəfə!
15.04.2012 - 14:22
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının bürünc mükafatçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 3-cü yerə final mərhələsinin son turunda “İqtisadçı”ya qalib gələn “Bakı” layiq görülüb.
Bu, 2 yaşlı paytaxtın eyni adlı təmsilçisinin ölkə çempionatında ilk uğurudur. Onlar ötən il pley-offa belə vəsiqə qazana bilməmişdilər və təsnifat mərhələsində yalnız “Şirvan”ı qabaqlamışdılar.
Cari mövsümdə isə “Çelenc Cup”ın finalına kimi irəliləyən “Bakı” “Rabitə” və “Lokomotiv”dən geri qalıb. Əvəzində onlar “İqtisadçı” və “Azərreyl” kimi komandalardan güclü olub.
Qeyd edək ki, “Bakı” avrokubokda “Lokomotiv”ə uduzmuşdu.

0
0