2 illik seriya qırıldı
15.04.2012 - 16:47
“İqtisadçı” voleybol klubunun Azərbaycan Super Liqasında uğurlu seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 2 ildir ölkə çempionatında bürünc medal qazanan universitet komandası cari mövsümü mükafatsız başa vurub.
Düzdür, onların yenidən Super Liqanı 3-cü yerdə bitirmək şansları olub. Lakin final mərhələsinin son turunda “Bakı” “İqtisadçı”ya 3:0 hesabı ilə qalib gəlməklə, onları mükafatsız qoyub.
Nəticədə “tələbələr”in yarışda neçənci pillədə qərarlaşması çempionatın son – “Rabitə” – “Azərreyl” görüşünün yekununa əsasən dəqiqləşəcək. Əgər “dəmiryolçular” əzəli rəqiblərindən 1 set ala bilsələr, onda “İqtisadçı” 5-ci yerə enəcək. Əksinə, “Rabitə” “quru hesabla” qalib gələrsə, Bülənt Karslıoğlunun yetirmələri 4-cü olacaqlar.
Qeyd edək ki, Super Liqanın başa çatmasına 1 tur qalmış “Rabitə” qızıl, “Lokomotiv” gümüş medalı özü üçün təmin edib.

0
0