Kanada yığmasının oyunçusu Azərbaycan yolunda!
17.04.2012 - 10:24
Bakının “İqtisadçı” voleybol klubunun heyətinə qatmaq istədiyi ilk ulduzun adı məlum olub. Apasport.az saytının məlumatına görə, yeni mövsüm üçün super komanda yaratmağı planlaşdıran paytaxt təmsilçisi Kanada yığmasının voleybolçusu Sarah Pavana elçi düşüblər.
Hazırda İtaliyanın “Villa Korteze” klubunun şərəfini qoruyan 25 yaşlı hücumçu Azərbaycan Super Liqasında oynamaqda maraqlıdır. Çempionlar Liqasının Bakıda keçirilən “Dördlər finalı”nda oynayan voleybolçunun ölkəmizdə olduğu zaman universitet komandası ilə danışıqlara başladığı bildirilir.
Qeyd edək ki, 196 sm boya malik Pavan İtaliya və Cənubi Koreyada legioner həyatı yaşayıb. O, 2011-ci ildə Panamerika kubokunun, NORSECA-nın, 2011/2012 mövsümündə isə Çempionlar Liqasının ən yaxşı hücumçusu seçilib. Sarah, həmçinin “Villa Korteze” ilə İtaliya A seriyasının gümüş mükafatçısı olub.

0
0