Milli komandamız Almaniyaya iyunda gedəcək
17.04.2012 - 16:42
Milli komandamız Almaniyaya iyunda gedəcək
Qadın həndbolçulardan ibarət Azərbaycan yığmasının Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində keçirəcəyi sonuncu matçının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Rəfiqə Şabanovanın yetirmələri 16:34 hesabı ilə uduzduqları Almaniya yığmasının qonağı iyunun 3-də olacaqlar.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, millimiz qrup mərhələsində 4 turdan sonra hələ qələbə qazana bilməyib. V turda isə həndbolçularımız Macarıstanı (mayın 30-da) qəbul edəcəklər.