Ze Roberto Azərbaycan çempionatının iştirakçısına ehtiyac duymadı
18.04.2012 - 12:24
Qadın voleybolçulardan ibarət Braziliya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Ze Roberto Qran-Pri turniri üçün müəyyənləşdirdiyi heyətdə Azərbaycan Super Liqasında oynayan Kristina Fernanda Ferreyradan imtina edib.
O, “İqtisadçı”da forma geyinən voleybolçunun heyətdən kənarda qalmasına belə şərh verib: “Artıq Ferreyra əvvəlki formasından çox uzaqdır. Halbuki, “Yamamay”da (İtaliya) çox əla oynayırdı. Sonra komandasını eyni ölkədə “Modena”ya dəyişdi. Bununla, voleybolçunun karyerasında eniş başladı və orada heç nə ilə yadda qalmadı. Mövsümün ortasında isə Azərbaycanın “İqtisadçı” klubuna transfer olundu. Sözün düzü, oradakı oyunu ilə bağlı lazımı informasiyalarım olmadığından, Kristinaya dəvət göndərməyə ehtiyac duymadım”.
Qeyd edək ki, 31 yaşlı voleybolçu Braziliya yığmasında 45 matç keçirib və Super Liqada “İqtisadçı” ilə 4-cü yeri tutub.

0
0