Minnətdarlıq məktubu
19.04.2012 - 15:29
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer Azərbaycan Voleybol Federasiyasına (AVF) minnətdarlıq məktubu göndərib. Apasport.az saytının məlumatına görə, qurumun rəhbəri Bakıda keçirilən Çempionlar Liqasının “Dördlər finalı”nda təşkilatçılıqdan razı qaldıqlarını bildirib.
Meyer CEV-in İcraiyyə Komitəsi adından göndərdiyi məktubda AVF-ə təşəkkürünü çatdırıb: “Biz Azərbaycan Voleybol Federasiyasının hər biz üzvinə “Dördlər Finalı”nda yüksək səviyyədə çalışdıqlarına görə hər birimiz adından təşəkkürümüzü bildiririk. Çempionlar Liqasının həlledici mərhələsində heç bir Azərbaycan komandası iştirak etməsə də, bütün komandalar və qonaqlar üçün hər bir şərait yaradılmışdı. Bu cür mötəbər yarışın finalına ev sahibliyi etmək həm çətin, həm də məsuliyyətlidir. Buna baxmayaraq, Azərbaycan Voleybol Federasiyası bunun öhdəsindən yüksək səviyyədə gəldi”.
Meyer və İcraiyyə Komitəsinin üzvləri sonda Azərbaycan voleyboluna və Azərbaycan klublarına uğurlar arzulayıblar.
Qeyd edək ki, Bakıda keçirilən “Dördlər finalı” “Fənərbaxça”nın qələbəsi ilə yekunlaşmışdı.

0
0