Olimpiya çempionu “Azərreyl”i bəyənmədi
20.04.2012 - 14:42
Olimpiya çempionu “Azərreyl”i bəyənmədi
“Fənərbaxça”nın ulduz voleybolçusu Fabiana Klaudinonun “Azərreyl”ə transferi reallaşmayacaq. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın elçi düşdükləri 27 yaşlı braziliyalı artıq növbəti mövsüm üçün yekun qərarını açıqlayıb.

Belə ki, Pekin-2008-in qızıl mükafatçısı, Dünya Qran-prisin 4 qat qalibi, dünya çempionatının və Dünya Kubokunun ikincisi olan Klaudino karyerasını vətənində davam etdirəcək. O, “Fənərbaxça”da rəhbərliyi altında oynadığı Ze Robertonun çalışdıracağı “Kampinas” klubu ilə anlaşıb.

Çempionlar Liqasının qalibi braziliyalılarla 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, yığmada da Robertonun rəhbərliyi altında oynayan voleybolçu onun Türkiyədən gedişindən sonra bu qərarı verib.