Xosep Qvardiola: Madridliləri erkən çempionluq münasibəti ilə təbrik edirəm
22.04.2012 - 09:47
Xosep Qvardiola: Madridliləri erkən çempionluq münasibəti ilə təbrik edirəm
“Barselona”nın baş məşqçisi Xosep Qvardiola çempionluq titulunu qoruya bilməyəcəkləri ilə barışıb. Apasport.az saytının məlumatına görə, ispan mütəxəssis “Real”dan dünən evdə aldıqları 1:2 hesablı məğlubiyyətdən sonra çempionluğun əldən getdiyini etiraf edib. Qvardiola əzəli rəqibini indidən təbrik etməyi də lazım bilib: “Madrid klubu qələbə və erkən çempionluq münasibətilə təbrik etmək istərdim. Biz oyunun əvvəlində çoxlu top itkilərinə yol verdik, ancaq buraxdığımız qoldan sonra tez özümüzə gəldik və matça nəzarət etdik. İkinci hissədə ilk yarıdan çox yaxşı oynadıq, xeyli qol imkanları yaratdıq. Ancaq təəssüf ki, oyun belə hesabla başa çatdı. Ola bilər ki, Fabreqası ilk dəqiqələrdən meydana buraxmamaqla, səhv etdim. Ancaq uğursuzluğun səbəbi buna deyil. Meydanda çoxlu gənclərimiz vardı və bu, yaxşı əlamətdir. Ancaq həm bu, həm də yaxında Londona oyundan sonra emosiyaları bir sözlə təsvir etsək, bu, məyusluqdur”.

Qeyd edək ki, “Barselona” aprelin 18-də Çempionlar Liqasının ilk yarımfinal oyununda səfərdə “Çelsi”yə 0:1 hesabı ilə uduzub.