Yeon-Kinq Kim: Azərbaycanda istədiyimi tapa bilərəm
23.04.2012 - 09:17
“Nail olduğumla kifayətlənmək fikrində deyiləm. Daha da inkişaf edib, artırmalıyam”. Apasport.az saytının məlumatına görə, bunu Cənubi Koreya milli komandasının voleybolçusu Yeon-Kinq Kim deyib.
“Fənərbaxça” ilə Çempionlar Liqasının qalibi olan və Avropanın ən yaxşı hücumçusu seçilən 24 yaşlı asiyalı karyerası ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib. “Azərreyl”in 1,2 milyon avro təklif etdiyi Kim Türkiyədən gedə biləcəyini deyib. O, bunu qonşu ölkədə legioner limitinin 2+1 sisteminə keçməsi və Azərbaycan Super Liqasının özü üçün daha cəlbedici olması ilə əlaqələndirib: “Əcnəbi sayına görə Türkiyədəki rəqabət azalır. Azərbaycanda isə istədiyim şəraiti və ab-havanı tapa bilərəm. Yenə də son qərarımı verməyə tələsmirəm. Yekun fikrimi mayda “Fənərbaxça” ilə masaya oturduqdan sonra açıqlayacağam”.
Qeyd edək ki, Kim son mövsümdə “Rabitə” ilə Çempionlar Liqasının 4 görüşündə (qrup və 1/4 final mərhələsi) oynayıb.

0
0