Hollandiya yığması “Bakı”dan 2 oyunçu çağırdı
23.04.2012 - 10:26
Hollandiya yığması “Bakı”dan 2 oyunçu çağırdı
Qadın voleybolçular arasında Hollandiya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, mayın 1-6-da Türkiyədə keçiriləcək Avropa Olimpiya Təsnifat Turniri üçün müəyyənləşən siyahıda 2 “azərbaycanlı” da var.

Bunlar “Bakı”nın şərəfini qoruyan Yannike van Tienen və Quinta Stenbergendir.

Qeyd edək ki, paytaxtın eyni adlı təmsilçisinin digər voleybolçusu İnqrid Visser yığmadan imtina etsə də, həmişə komandada yer alan “İqtisadçı”nın üzvü Alisa Blom milliyə çağrılmayıb.