Yığmamız Vinnitsada ikinci oldu - FOTO
23.04.2012 - 15:18
Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Ukraynanın Vinnitsa şəhərində keçirilən “Dostluq” beynəlxalq turnirdə iştirak edib. Apasport.az saytının məlumatına görə, 4 komandanın iştirakı ilə baş tutan yarışda yığmamız ikinci yeri tutub.
Belə ki, voleybolçularımız Vinnitsanın gənclər yığmasına 3:0, ardınca bu şəhərin Texniki kollecinin komandasına 3:1 hesabı ilə qalib gəliblər. Yığmamız yalnız turnirə ev sahibliyi edən şəhərin usta voleybolçularına 3:1 hesabı ilə uduzublar ki, bu da onların vətənə gümüş medallarla dönməsi ilə nəticələnib.
Qeyd edək ki, kişilərdən ibarət millimiz beynəlxalq arenada təxminən 2 il əvvəl oynamışdı. Vinnitsada isə yenidən formalaşan komandamız mübarizə aparıb.

0
0