“Azərreyl” Tailanda 2 voleybolçu göndərdi
24.04.2012 - 08:54
“Azərreyl” Tailanda 2 voleybolçu göndərdi
“Azərreyl”in 2 voleybolçusu Tailand milli komandasından dəvət alıb. Apasport.az saytının məlumatına görə, bu il Azərbaycanda titul qazana bilməyən Nutsara Tomkom və Piyanut Pannoy Qran-pridə yığmasının şərəfini qoruyacaq.

Artıq vətənlərində olan toppaylayıcı və libero bugünlərdə əsas komandaya qoşulacaqlar.

Qeyd edək ki, Tomkom 2, Pannoy 1 il öncə “Azərreyl”ə transfer olunub.