Lyubov Sokolova: Azərbaycandan dəvət olsa da, hələ qərar verməmişəm
24.04.2012 - 09:13
“Gələcək karyerama hələ aydınlıq gətirməmişəm. O qədər çox variantlar var ki, qərar verə bilmirəm”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya milli komandasının voleybolçusu Lyubov Sokolova deyib.
“Fənərbaxça” ilə Çempionlar Liqasının qalibi olan təcrübəli voleybolçu ona gələn təklifləri dəyərləndirib. Maraqlıdır ki, 35 yaşlı hücumçu Bakı klubuna gəlmək variantını axırıncı kimi göstərib: “Rusiya, Türkiyə, Azərbaycan və Çin klublarından dəvətlər almışam. Hələ də başa düşə bilmirəm ki, bunlardan hansını qəbul edim. Asiya – Çin variantına gəlincə, niyə də olmasın? Cəmi 4 ay oynayıb, sonra müqavilən başa çatır. Dürdür, “Fənərbaxça” rəhbərliyi də məni komandada saxlamaq üçün razı salmağa çalışır. Rusiyada isə oynamaq mənə xoş olsa da, bu, heç də asan deyil. Çünki uşağım İtaliya məktəbində oxuyur və bu üzdən hər yerə gedə bilmirəm”.
Qeyd edək ki, ötən mövsüm “İqtisadçı”nın heyətinə qatmaq istədiyi Sokolova yeni il üçün “Azərreyl”in diqqət mərkəzindədir.

0
0