Yığmamız lisenziya turnirinə Malayziya ilə oyunla başlayacaq
24.04.2012 - 12:02
Sabah qadın otüstü hokkeyçilər arasında Yaponiyanın Kakamigahara şəhərində London Yay Olimpiya Oyunlarının təsnifat yarışına start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının da mübarizə aparacağı turnirdə 6 yığma qüvvəsini sınayacaq və onlar arasında ən güclü olan kollektiv Olimpiadaya vəsiqə qazanacaq.
Adil Paşayevin başçılıq etdiyi millimiz ilk matçını Malayziyaya, son oyununu isə Çiliyə qarşı keçirəcək. Reqlamentə əsasən, yarışda ilk 2 yeri tutanlar yenidən bir-biri ilə qarşılaşacaqlar.
25 aprel
20:30. Azərbaycan – Malayziya
27 aprel
17:30. Belarus – Azərbaycan
29 aprel
17:30. Avstriya – Azərbaycan
1 may
18:00. Azərbaycan – Yaponiya
3 may
20:30. Çili – Azərbaycan
Qeyd edək ki, bu, London-2012-yə sonuncu lisenziya yarışıdır.

0
0