Rəqibimiz amerikalı oyunçu ilə gücləndi
24.04.2012 - 16:30
Rəqibimiz amerikalı oyunçu ilə gücləndi
Avro-2013-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi Bolqarıstan yığması heyətini amerikalı basketbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, bolqarlar İtaliya A seriyasında çıxış edən Andre Kollinzi milliləşdiriblər.

Bu liqanın ən yaxşı basketbolçularından sayılan, 173 sm boya malik “Kazerta”nın 29 yaşlı oyunçusunun Bolqarıstan pasportu olduğundan həmin ölkənin yığmasında çıxış edə biləcək. Baş məşqçi Rosen Barçovskinin diqqətini cəlb edən Kollinz bu yay istirahət etmək əvəzinə ikinci vətəni sayılan Bolqarıstanın uğurları üçün çalışacaq. Onun klubuna göndərilən rəsmi məktubda milliyə dəvət olunması göstərilib və bütün sənədlərinin rəsmiləşdiyi bildirilib.

Qeyd edək ki, bolqarlarla ilk oyunumuz avqustun 18-də Bakıda keçiriləcək.