Yığmamızın voleybolçusu ana oldu - FOTO
25.04.2012 - 08:31
Yığmamızın voleybolçusu ana oldu - FOTO
Azərbaycan milli komandasının sabiq voleybolçusu Lidiya Maksimenko Emet ana olub. Apasport.az saytının məlumatına görə, 31 yaşlı milliləşdirilmiş legionerimizin oğlu olub.

Körpə Lidiyanın doğulduğu Ukraynanın Zaporojye şəhərində dünyaya gəlib. Onun boyu 52 sm, çəkisi 3 kq 400 qramdır. Türkiyənin “Torul Gənclərbirliyi” klubunda forma geyinən İbrahim Emetlə evli olan Maksimenko uşağın adını Səlim qoyub.

Qeyd edək ki, Lidiya son 1 ildə yığmaya çağırılmır və 2010/2011 mövsümündə “Bakı”nın şərəfini qoruyub.