Yığmamız lisenziya turnirinə darmadağınla başladı
25.04.2012 - 15:39
Bu gün qadın otüstü hokkeyçilər arasında Yaponiyanın Kakamigahara şəhərində London Yay Olimpiya Oyunlarının təsnifat yarışına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası ilk turda Malayziya yığması ilə qarşılaşıb.
Oyun Adil Paşayevin yetirmələrinin asan qələbəsi ilə yekunlaşıb. Hokkeyçilərimiz asiyalıları 4:0 hesabı ilə məğlub ediblər. Yığmamızın heyətində Xatirə Əliyeva (2), Myaqsun Məmmədova və Yuliya Muradi fərqləniblər.
Digər görüşlərdə isə Belarus Çiliyə 3:1, Yaponiya isə Avstriyaya 7:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, millimiz növbəti oyununu aprelin 27-də Belarus yığmasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 9:30-da başlayacaq.

0
0