Milli komandamız Rusiyaya yollanır
08.05.2012 - 23:12
2013-cü il Avropa çempionatının seçmə qrup oyunlarına hazırlaşan həndbol üzrə qadınlardan ibarət yığmamız mayın 12-dən 18-dək Rusiyanın Həştərxan və Krasnodar şəhərlərində şəhərində olacaq. Apasport.az saytının xəbərinə görə, komandamız təlim-məşq toplanışı ilə yanaşı, yerli "Astraxanoçka" və "Kuban" klubları, eləcə də Rusiyanın gənclərdən ibarət yığması ilə yoxlama görüşləri keçirməyi planlaşdırıb.
Xatırladaq ki, yığmamız AÇ-2013-ün seçmələri çərçivəsində növbəti oyunlarını mayın 30-da Bakıda Macarıstana qarşı, iyunun 3-də isə səfərdə Almaniya millisi ilə keçirəcək.
Xatırladaq ki, yığmamız AÇ-2013-ün seçmələri çərçivəsində növbəti oyunlarını mayın 30-da Bakıda Macarıstana qarşı, iyunun 3-də isə səfərdə Almaniya millisi ilə keçirəcək.
0
0