Biri gəldi, o biri lazım olmadı - FOTO
11.05.2012 - 10:20
Amerikalı voleybolçu Meri Spayserin növbəti mövsümdə “Rabitə”də oynamayacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 2011/2012 mövsümündə serbiyalı sabiq baş məşqçi Zoran Qayiçin transferlərindən biri olan legionerin Katarzina Skorupanın Bakı klubuna keçidindən sonra gedişi gerçəkləşib.
Çünki Polşa yığmasının voleybolçusunun “Rabitə” ilə anlaşması nəticəsində Azərbaycan çempionunun heyətində toppaylayıcıların sayı 3-ə çatıb ki, bunlardan da biri artıqdır. Skorupadan öncə ukraynalı İrina Jukova ilə yeni müqavilə imzalayan paytaxt təmsilçisi üçün isə həmin lazımsız Spayser olub və artıq ona ehtiyac qalmayıb.
Qeyd edək ki, Meri “Rabitə” ilə dünya və Azərbaycan çempionluğunu qazanıb.

0
0