Zinəddin Zidanın agenti 5 illik həbs cəzası aldı
12.05.2012 - 15:30
Dünya şöhrətli futbolçu Zinəddin Zidanın agenti həbs olunub. Apasport.az saytının məlumatına görə, dünyadakı futbol agentləri arasında ən tanınmış və nüfuzlulardan olan Alan Milyaçço Valensiya şəhərinin məhkəməsi tərəfindən 5 illik həbs cəzası alıb. O, bununla bərabər, 9,2 milyon avro cərimə ödəməli olacaq. Bu da Zidanın agentinin 2000 və 2001-ci illərdə maliyyə fırıldaqlarına görə vergi ödəməkdən yayınmağı ilə bağlıdır.
İstintaq onu müəyyənləşdirib ki, Milyaçço həyata keçirdiyi transferlərdən gələn bir hissəsini vergidən gizlədib. Bu, öz vaxtında dünya rekordu olan Zidanın keçidi ilə bağlıdır. Onda “Real” fransalı yarımmüdafiəçini almaq üçün “Yuventus”a 75 milyon avro ödəmişdi. Bununla Zidan uzun müddət dünyanın ən bahalı futbolçusu olmuşdu. İndi Milyaçço cəzasının yüngülləşməyi ilə bağlı qərarla bağlı apelyasiya şikayətinin müsbət cavablanacağına ümid edə bilər.
Qeyd edək ki, dünya və Avropa çempionu, Çempionlar Liqasının qalibi olan 40 yaşlı Zinəddin karyerasını 6 il öncə bitirərək, hazırda “Real”da idman direktoru işləyir.

0
0