Azərbaycan çempionluğu üçün 1 qələbə yetərli olacaq
12.05.2012 - 15:42
Azərbaycan çempionluğu üçün 1 qələbə yetərli olacaq
Kişi basketbolçular arasında XIX Azərbaycan çempionatının final mərhələsinin 3-cü oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Araz” və “Qala” arasında çempionluq uğrunda bu gün Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirilən ikincilərin 90:82 hesablı qələbəsi ilə nəticələnib. Bununla da yığmamızı da çalışdıran Elxan Əliyevin baş məşqçisi olduğu komanda son çempionla seriyada hesabda 2:1 irəli çıxıb. “Qala”ya çempionluq üçün 1 qələbə - Naxşıvan təmsilçisi ilə növbəti dueldə qalib gəlmək yetərlidir.

Qeyd edək ki, 3 qələbəyədək davam edən final seriyasının ilk matçında “Araz” 100:85 hesabı ilə qalib gəlmişdisə, ikinci oyunda 79:83 hesabı ilə uduzub.