Sissi Rayt: İnanıram ki, Azərbaycanın hər yerində belə dəstəkdən faydalana bilərik
12.05.2012 - 16:52
“Rəqibimiz ilk qarşılaşma ilə müqayisədə bu dəfə fərqli oynadı və işimizi çətinləşdirdi. Şanslarımız çox olsa da, hamısından istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Sissi Rayt deyib. Almaniyalı çalışdırıcı Latviyanın U-17-si üzərində Lənkərandakı 2-ci oyunda da qazandığı qələbədən sonra AFFA-nın rəsmi saytına fikirlərini bildirib. Rayt yetirmələrindən razı qaldığını bildirib: “İki oyunu dəyərləndirməli olsaq, ümumilikdə, komandadan razı qaldım. Azarkeşlər bizi səmimi qəlbdən dəstəklədilər. İnanıram ki, Azərbaycanın hər yerində, bütün bölgələrdə azarkeşlərin belə dəstəyindən faydalana bilərik”.
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0