“Rabitə” mənim iddialarıma uyğun gələn klubdur”
14.05.2012 - 09:49
Serbiya milli komandasının voleybolçusu Suzana Sebiç Azərbaycan çempionu “Rabitə”yə keçidinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı təcrübəli libero Bakı klubuna transferini karyerasında irəliyə doğru möhtəşəm addım sayıb.
Onun sözlərinə görə, növbəti mövsümdə də “Rabitə”nin iddiaları çox yüksək olacaq: “Mən artıq klubla 1 illik müqavilə imzalamışam. “Rabitə” Çempionlar Liqasında iddiası olan və mənim iddialarıma uyğun gələn klubdur. Onlar 2010/2011 mövsümündə bu turnirin finalçısı olub. “Fikrimcə, mən vaxtında komandamı dəyişərək, daha güclüsünə keçdim. Son 2 ili Almaniyanın “Zuhl” klubunda oynadım, orada işləmək üçün gözəl şəraitimiz var idi. Bununla belə ətrafımı dəyişməyi və Avropada güclü rəqabətdə iştirak edə bilən iddialı komandada yer almağımı istədim”.
Sebiç bildirib ki, bu il sərbəst vaxtının az olması peşəkarlıq baxımından onun üçün yaxşı olacaq. Belə ki, onu həm Azərbaycan Super Liqasında, həm də Çempionlar Liqasında sınaqla yanaşı, Serbiya yığmasının heyətində Olimpiya lisenziyalı turnir və Qran-pri gözləyir.
Qeyd edək ki, Sebiç Serbiya, Rumıniya və Almaniya klublarında forma geyinib.

0
0