“Bakı”dan Hollandiya yığmasına
14.05.2012 - 17:31
Qadın voleybolçular arasında Hollandiya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Avital Selincer iyunun 1-də start götürəcək Avropa Liqasında iştirak üçün ilkin heyətə 24 oyunçunun adını daxil edib.
O, Türkiyədə keçirilən Avropa Olimpiya Təsnifat Turniri ilə müqayisədə heyətdə bir sıra dəyişikliklər edib. Belə ki, təcrübəli mütəxəssis Ankarada uğursuz çıxışdan sonra bu dəfə “Bakı”nın liberosu Yannike van Tienenə dəvət göndərməyib.
Selincer onun əvəzində isə lisenziya turnirinə aparmadığı Azərbaycan Super Liqasının bürünc mükafatçıları – İnqrid Visser (“Bakı”) və Alisa Blomu (“İqtisadçı”) yenidən komandada görmək istədiyini açıqlayıb. Baş məşqçi, həmçinin son yarışda olduğu kimi yenə “Bakı”nın digər üzvü Quinta Stenbergeni düşərgəyə çağırıb.
Qeyd edək ki, İnqrid Visser milli karyerasını bitirdiyini açıqlasa da, ona növbəti dəfə təklif göndərilib.

0
0