Azərbaycan çempionu titulunu təhvil vermək təhlükəsi ilə üz-üzə
14.05.2012 - 18:02
Kişi basketbolçular arasında XIX Azərbaycan çempionatının final mərhələsinin 4-cü görüşünün keçirilmə vaxtı məlum olub. Apasport.az saytının məlumatına görə, “Araz” və “Qala” arasında növbəti matç mayın 19-da olacaq. Oyun saat 14:00-da başlayacaq.
Qeyd edək ki, 3 qələbəyədək davam edən final seriyasında hesabda hələlik “Qala” irəlidədir - 2:1. İlk matçda son çempion “Araz” 100:85 hesabı ilə qalib gəlmişdisə, ikinci oyunda 79:83, ardınca isə 82:90 hesabı ilə uduzub. Onlar bu dəfə hesabı bərabərləşdirə bilməsələr, titullarını təhvil vermək məcburiyyətində qalacaqlar.

0
0