“Azərreyl” “Rabitə”yə transfer bazarında da uduzdu
15.05.2012 - 11:03
“Azərreyl”in daha bir arzusu gözündə qalıb. Apasport.az saytının məlumatına görə, rusiyalı Lyubov Sokolova ilə anlaşa bilməyən “dəmiryolçular” Polşa yığmasının voleybolçusunu da transfer edə bilməyiblər.
Belə ki, əsas heyət üzvü və kapitan Oksana Parxomenkonun zədəli olması səbəbindən toppaylayıcı axtarışında olan “Azərreyl” Katarzina Skorupaya da elçi düşübmüş. Lakin voleybolçu yekunda seçimini paytaxt təmsilçisinin əzəli rəqibi “Rabitə”nin xeyrinə edib.
Skorupanın şəxsi meneceri Yakub Dolatanın sözlərinə görə, 28 yaşlı voleybolçuya Türkiyədən də dəvət gəlmişdi: “Katarzina Polşanın ən bahalı oyunçularından biridir. O, Türkiyədə keçirilən lisenziya turnirində də nəyə qadir olduğunu göstərdi. Onu Bakının “Azərreyl” və İstanbulun “Əczaçıbaşı” klubları da heyətində görmək istəyirdilər. Lakin voleybolçu “Rabitə”yə transfer olundu”.
Qeyd edək ki, Dolata “Azərreyl”də forma geyinən polşalı Karolina Kosekin də meneceridir və onun Bakı klubuna keçidində birbaşa iştirak edib.

0
0