“Azərreyl”dən supertransfer! - EKSKLÜZİV
15.05.2012 - 13:00
“Azərreyl” ilk transfer bombasını partladıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” ABŞ millisinin ulduzu Meqan Hudjla anlaşıblar.
23 yaşlı voleybolçu ilə 1 illik müqavilə bağlanıb. 191 sm boya malik universal Hudj Polşanın “Atom” klubundan transfer olunub. Meqan bunadək “Penn State University” (ABŞ, 2006-2009), “Kriollas de Kaquas” (Kuba, 2010) və “Villa Kortese” (İtaliya, 2010-2011) komandalarının da şərəfini qoruyub.
O, bu klubların heyətində 3 dəfə ABŞ (2007, 2008, 2009), 1 dəfə Polşa çempionatının (2011/2012) qalibi olub. Hudj, həmçinin 2010/2011 mövsümündə İtaliya kubokunu baş üzərinə qaldırıb və bu ölkə çempionatının gümüş medalına sahib çıxıb.
ABŞ və Polşada şəxsi mükafatlara da yiyələnən Meqan vətənində ən dəyərli voleybolçu (2008, 2009), ABŞ-da və Polşada ən yaxşı hücumçu (2007, 2008, 2012) nominasiyasında birinci olub.
2009-cu ildən isə yığmasında 73 oyuna çıxan voleybolçu millisi ilə 2 dəfə Qran-prinin çempionu (2010, 2011), dünya çempionatının ikincisi (2011) və Panamerika Oyunlarının ikiqat bürünc mükafatçısı (2010, 2011) adına yiyələnib.
Qeyd edək ki, Meqan son mövsümü “Azərreyl”in hazırkı baş məşqçisi Alessandro Çiappininin rəhbərliyi altında keçirib və Çempionlar Liqasının pley-off matçlarında “Rabitə”yə qarşı oynayıb.

0
0