Yığmamız Avropa çempionatının hazırlıqlarına başlayır
16.05.2012 - 11:42
Yığmamız Avropa çempionatının hazırlıqlarına başlayır
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının növbəti təlim-məşq toplantısının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi komandamız Avropa çempionatının qrup mərhələsinin hazırlıqlarına iyunun 1-də start verəcək.

Bakıda toplaşacaq komandanın ilk günləri seleksiya xarakteri daşıyacaq. Belə ki, düşərgəyə əsas yığmanın üzvləri ilə yanaşı, gənclər də dəvət ediləcək.

Qeyd edək ki, Avropa çempionatına ikinci mərhələdən başlayacaq yığmamız Belarus, Avstriya və Finlandiya ilə yanaşı C qrupunda yer alıb.