ABŞ yığmasının üzvü Azərbaycana gəlmədi
16.05.2012 - 14:01
ABŞ yığmasının üzvü Azərbaycana gəlmədi
“İqtisadçı”nın ABŞ yığmasının hücumçusu Destini Hukeri transfer etmək istəyi alınmayıb. Apasport.az saytının məlumatına görə, növbəti mövsüm üçün güclü heyət qurmağı planlaşdıran universitet komandası 24 yaşlı voleybolçuya elçi düşsə də, sonda amerikalı seçimini Krasnodar “Dinamo”sunun xeyrinə edib.

Belə ki, ABŞ, Çin Puerto-Rika, İtaliya və Braziliya klublarında çıxış edən Qran-prinin ən dəyərli voleybolçusu (2011) Rusiya təmsilçisi ilə 1 illik rəsmi müqaviləyə imza atıb. Bununla da onun Azərbaycan Super Liqasında iştirakı ən azı 1 il reallaşmayacaq.

Qeyd edək ki, Hukerin son komandası Braziliya “Sollis Osasko”su olub .