Alessandro Çiappini: O olmasın, bu olsun
16.05.2012 - 14:32
“Azərreyl”in yeni baş məşqçisi Alessandro Çiappini rəhbərliyi altında oynamış daha bir voleybolçuya elçi düşüb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm çalışdırdığı Polşanın “Atom” klubundan Paulina Majın transferini həyata keçirə bilməyən italiyalı mütəxəssis bu dəfə komandanın digər liberosu Maqdalena Saadı sərəncamında görmək istəyir.
Karyerası ərzində yalnız vətənində oynayan 27 yaşlı topqəbuledici yekun qərarını verməyib. Lakin Çiappininin istəyi ilə ötən il “Atom”a keçən və bu klubla qızıl medallara yiyələn Polşa yığmasının oyunçusunun ölkəsində qalması da istisna deyil. Çünki Maj əvvəlcə “Azərreyl”ə gəlmək istəsə də, sonda yerli “Bank Fakro” ilə müqavilə imzaladı.
Qeyd edək ki, Çiappini Polşada qızıl medal qazandığı köməkçiləri - Nikola Neqro, Terri Rosini və Fabio Qabbona artıq “dəmiryolçu” adı verdirib.

0
0