Hollandiya yığmasının 2 ulduzu Azərbaycanda!
17.05.2012 - 08:43
“Azərreyl” klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” amerikalı Meqan Hodjın ardından daha 2 ulduz voleybolçu ilə anlaşıblar.
Belə ki, yeni mövsümdən Hollandiya milli komandasının 2 oyunçusu – Manon Flier və Karolina Vensink “Azərreyl”in uğurları üçün çalışacaq. Onların hər ikisi ilə 1 illik müqavilə imzalanıb.
Flier Bakı klubuna Yaponiyanın “Toray Arrous” komandasından transfer olunub. 192 sm boya malik 28 yaşlı voleybolçu Asiya təmsilçisindən öncə vətənində, Fransada və İtaliyada oynayıb. Yığmasının heyətində 318 matç keçirən Manon Qran-prinin qalibi (2007) və Avropa çempionatının gümüş mükafatçısı (2009) olub. O, həmçinin hər 2 analoji yarışın ən dəyərli oyunçusu seçilib.
Vensink də Flier kimi 1984-cü il təvəllüdlüdür. 187 sm boya malik voleybolçu Polşanın “Bank Fakro” klubundan gəlib. O, çıxış etdiyi Almaniya, Hollandiya və Polşa komandalarında həm ölkə çempionu, həm də ölkə kubokunun qalibi adını qazanıb. Yığmada isə Qran-prinin qızıl (2007) və Avropa çempionatının gümüş medallarını (2009) qazanıb.

0
0